banner
banner

Dünya

Türkiyədə yeni həyəcan- YENİLƏNİB, VİDEO, FOTO

Türkiyədə yeni həyəcan-

Türkiyədə hakim Ədalət və İnkişaf partiyasının binasına soxulan şəxslərlə bağlı məlumatlar yayılıb.
Binadakıları çölə çıxaran iki silahlı şəxs 7 mərtəbəli binanın ən üst mərtəbəsinə çıxaraq pəncərələri sındırıb. Onlar üzərində qılınc təsviri də olan Türkiyə bayrağını pəncərədən asıblar. Hadisə yerinə çoxlu sayda polis gəlib. Silahlı şəxslərdən biri kütləyə müraciətlə nitq söyləyir. 

***13.36

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) binasında həyəcanlı anlar yaşanır. 

Cia.az Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, AKP-nin Kartal rayonundakı binasına iki silahlı şəxs girib. Polis binanın önündən keçən yolu bağlayıb. Hadisə haqda ətraflı məlumat verilmir. 

Qeyd edək ki, dünən İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri Çırağan ədliyyə binasına girərək prokuror Səlim Kirazı iş otağında girov götürmüşdü.

Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb. Bir neçə saatlıq əməliyyatdan sonra 5 güllə yarası alan prokuror xəstəxanada dünyasını dəyişib.





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.