ABŞ-ın "Getty Oil" neft şirkətinin yaradıcısı Qordon Qettinin varisi və nəvəsi 47 yaşlı milyarder Endrü Qetti Los-Ancelesdəki evində ölü tapılıb. Cia.az-ın məlumatına görə, biznesmenin ölüm səbəbi anlaşılmaz olaraq qalır. Hazırda polis araşdırmanı davam etdirir. Ölən iş adamının babası Pol Qetti bir müddət ABŞ-da ən zəngin insan hesab olunub. Mərhumun atası Qordon Qetti "Forbes" versiyasına görə ən zəngin insanların siyahısına daxil olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.