Bakıda “bomjluq” edən Avropa çempionu Rövşən Kazımov dünyasını dəyişib.
Azvision.Az xəbər verir ki, Rövşən Kazımov dünən Təcili Tibbi Yardım tərəfindən Bakının Keşlə qəsəbəsində yerləşən 32 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb.
Xəstəxanada kişi bomj üçün yer olmadığından, həmin xəstə 7 saylı Şəhər xəstəxanasına aparılıb.
Lakin aşağı ətrafların travmasından əziyyət çəkən Rövşən Kazımov xəstəxanada keçinib.
Rövşən Kazımovun meyiti Sabunçuda yerləşən 3 saylı Sabunçu Klinik xəstəxanasının `Məhkəmə Tibbi Ekzpertiza və Pataloji Anatomiya Birliyi`nə aparılıb.
Meyitin həmin şəxsə aid olduğu xəstəxanadan təsdiqlənib. Bu barədə Rövşən Kazımovun yaxınlarına məlumat verilib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.