Rusiyalı müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev onu saxlamazdan əvvəl oğurlandığını bildirib. Bu haqda Dadayev bu gün keçirilən məhkəmədə qeyd edib. "Məni martın 5-də oğurlayaıblar və martın 7-də saxlandığımı mənə dedilər. Bu iki günü mən harada idim? Bu iki gün ərzində mənimlə bağlı nə baş verdi? Bütün bu vaxt ərzində mənə harada olduğumu və necə ifadə verəcəyimi mənə başa salırdılar", - deyə Dadayev bildirib. Prokurorun sözlərinə görə, ona təzyiq və oğurluq barədə şikayətlər daxil olmayıb. Müstəntiq Dadayevin səsləndirdiyi fikirləri yoxlayacağına dair söz verib. Qeyd edək ki, bundan əvvəl Dadayev məhkəmədə təzyiq altında ifadə verdiyini bildirib. Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.