"Uşaqların çəkisinin həddindən artıq olması sağlamlıq üçün ciddi təhlükədir"
Hazırda dünyada 159 milyon uşaq qanazlığından əziyyət çəkir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə seminarda UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib.
Onun sözlərinə görə, hazırda Avropa və Mərkəzi Asiyada hər üç hamilə qadından biri qanazlığından əziyyət çəkir ki, bu da həm ananın, həm də körpənin sağlamlığına birbaşa təsir göstərir.
E.Karvardin əlavə edib ki, unun dəmir və digər mikronutriyentlərlə zənginləşdirilməsi qanazlığının rastgəlmə səviyyəsinin azaldılmasında özünü ən səmərəli üsul kimi doğruldub:
"Təqribi hesablamalara görə, dəmir çatışmazlığı Avropa və Mərkəzi Asiya regionunda beş yaşadək uşaqların 40 faizə qədərinin sağlamlığına mənfi təsir göstərir. Anemiya uşaqların məntiqi düşünmə qabiliyyətini də azaldır. Bu da adambaşına 2 dollar məhsuldarlığın itirilməsi deməkdir. Eyni zamanda, uşaqların çəkisinin həddindən artıq olması gələcəkdə sağlam həyat tərzi üçün ciddi təhlükələr yaradır. Bu, həm uşağın fiziki quruluşu, həm də onların idrakının inkişafına da təsir edir. Bu, həm də ölkələrə milyard dollarla ziyan vuran məsələdir. Avropa və Mərkəzi Asiya regionunda belə problemlərlə gündəlik olaraq üzləşirik".
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.