Çin Silahlı Qüvvələrinin nəhəng hərbi qruplaşması Myanma sərhədinə cəmləşdirilib. Bu barədə Çinin "Sina" xəbər portalı məlumat yayıb. Xəbərə görə, Çin Hərbi Hava Qüvvələrinin gücləndirilmiş qruplaşması Rusiya istehsalı olan Su 27, Çin istehsalı Tszyan 11 (Su 27-nin "klonu") və Tszyan 7 (onun prototipi Rusiyanın MiQ-21-dir) hərbi təyyarələri ilə təchiz edilib. Bu qrup mütəmadi olaraq Myanma sərhədləri boyu hərəkət edir. Bundan əlavə, sərhədyanı ərazini "Kuntszin-200" uzaq mənzilli radiolokasiya təyyarələri patrul edir. "Sina"nın xəbərinə görə, bu hərbi qruplaşma Çinin cənub-şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək qabiliyyətinə malikdir. Radiolokasiya sistemləri 400 metr radiusunda bütün hava hədəflərini aşkar və məh etməyə qadirdir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.