ABŞ-ın Kaliforniya ştatında silahlı hücum nəticəsində 2 polis əməkdaşı həlak olub.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, polis əməkdaşları əməliyyat-axtarış təbirləri keçirən zaman naməlum silahlı şəxs şerifin müavinini qətlə yetirib və 2 polis əməkdaşını yaralayıb. Yaralılardan biri xəstəxanada ölüb. Sakramento şəhərində keçirilən əməliyyat zamanı sakinlərə xəbərdarlıq edilib və onlara olduğu yerləri tərk etməmək və evdən çölə çıxmamaq tövsiyə olunub.
Hazırda əməliyyat zamanı qadın və kişi saxlanılıb. Qadının üzərində tapança aşkarlanıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.