Tramp: ABŞ strateji neft ehtiyatlarından istifadəyə ehtiyac duymur
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı tərəfindən dünya bazarlarına karbohidrogen tədarükünün azalmasına baxmayaraq, ABŞ-ın strateji neft ehtiyatlarından istifadəsinə ehtiyac görmür.
Trend-in məlumatına görə, Ağ Evdə jurnalistlər ABŞ-ın strateji neft ehtiyatlarından istifadə edilməsi qərarının olub-olmadığı barədə Donald Trampa sual ünvanlayıblar.
ABŞ prezidenti isə çıxışında bildirib: "Düşünmürəm ki, strateji yanacaq ehtiyatlarından istifadə eləmək lazımdır. Ancaq strateji neft ehtiyatlarından istifadə etmək istəsək, onları asanlıqla aça bilərik".
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.