Korrupsiyada ittiham olunan erməni pərəst ABŞ senatoru vəzifəsindən istefa verib.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən vəzifəsindən sui-istifadə edərək korrupsiyada ittiham olunan Nyu-Cersi ştatından olan demokrat senator Robert Menendes Senatın xarici işlər üzrə komitəsindəki vəzifəsindən istefa verib.
Çərşənbə günü haqqında iddia qaldırılan senatın yerinə Demokrat Partiyasından olan Barbara Bokser və Benjamin kardinin gələm biləcəyi düşünülür.
Bundan əvvəl də korrupsiyada ittiham edilən senator haqqında söylənilənləri təkzib edərək vəzifəsindən istefa etməyəcəyini bəyan etmişdi.
Qeyd edək ki, 62 yaşlı R.Menendes yaxınlarının vəzifəyə gətirilməsində xidməti vəzifəsindən istifadə etməkdə suçlanır. Senator barəsində araşdırma təxminən iki il davam edib
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.