banner
banner

Sağlamlıq

Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA

Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA

Qeyri-sağlam qidalanma, ekoloji amillər bir çox orqanlara, o cümlədən gözlərin sağlamlığına da mənfi təsir edir.

Milli.Az xəbər verir ki, məşhur oftomoloq Elvan Yalçın Bəzi qidaların görmə keyfiyyətini artırdırdığını deyib. Onun sözlərinə görə, göz sağlamlığı üçün A, C, E vitaminləri, beta karoten ilə zəngin qidalara üstünlük vermək lazımdır: "Beta karoten və A vitamini ehtiva edən qidalar xüsusilə göz sağlamlığının tor qişasına və gözün digər funksiyalarına müsbət təsir edir".

Sadəcə yerkökü yetərli deyil!

Həkim onu da vurğulayıb ki, sadəcə yerkökü yemək gözlər üçün yetərli deyil: "Qidalarda olan A vitamini və beta karoten bilavasitə göz sağlamlığı üçün faydalıdır. Lakin A vitamini anbarı olan köklə yanaşı, Omeqa 3 və 6 yağ turşuları, sink və maqnezium kimi minerallarla zəngin qidaları unutmaq olmaz. Çünki məhz onlar müəyyən yaşdan sonra gözlərin zəifləməsinə əhəmiyyətli dərəcədə mane olur".

 

Mütəxəssis daha sonra gözlər üçün faydalı olan 6 məhsulun adını açıqlayıb: "Xüsusilə qırmızı istiot və ispanaqda olan A vitamini gözün gecə görmə qabiliyyətini və müqavimətini artırır, qaragilə və şirin kartofda olan C vitamini gözdə katarakt və makuya degenerasiya riskini minimuma endirir. Omeqa-3 yağ turşuları baxımından zəngin olan balıq tor qişasını və hüceyrə membranlarını qoruyur. Çia toxumları isə beta karoten, E və C vitaminləri sayəsində makuya degenerasiyanı qarşısını almağa yardım edir". (publika.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.