Patrul polisi Kanadanın Saskaçevan əyalətində baş verən yol insidenti nəticəsində güllə yarası alıb.
Trend-in məlumatına görə, hadisə mervin kəndi yaxınlığında yolda baş verib. Polis işçiləri sürücünün sərxoş halda nəqliyyat vasitəsinin sürətlə idarə etdiyi haqqında məlumat alıblar. Tezliklə şübhəli avtomobil saxlanılıb, amma polis işciləri sənədlərin yoxlanılmasını istədikdə sürücü onlar tərəfə atəş açıb. Atışma nəticəsində bir polis və sürücü yaralanıblar.
Qeyd edək ki, polis sonda şübhəlini saxlaya bilib. Hər iki zərərçəkən ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb, lakin indi onların həyatları təhlükə altında deyil. İstintaq başladılıb. Digər detallar hələ açıqlanmayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.