banner
banner

Sağlamlıq

Uşaq sağlamlığı üçün ən ideal içkilər - Hər gün verilməlidir

Uşaq sağlamlığı üçün ən ideal içkilər

Uşaqlar hər zaman rəngli içkiləri sevirlər. Lakin kimyəvi inqridiyentlər vasitəsilə hazırlanan bu içkilərin fəsadları çoxdur. Milli.Az medicina.az-a istinadən bildirir ki, uşaqlar üçün ən ideal maye su, təbii meyvə şirəsi və süddür. 

Su

Uşaqlar susayan zaman ilk əvvəl su verilməlidir. Bunun səbəbi suyun sağlamlıq üçün xüsusi önəm kəsb etməsi, orqanizmdə temperaturu sabit tutması və maddələr mübadiləsinin düzgün aparılması üçün vacib olmasıdır. Xüsusilə yeniyetmələrin orqanizmi sürətlə inkişaf edən orqanizmlər və yüksək metabolik sürət səbəbilə daha çox su tələb edir. Digər içkilərdən fərqli olaraq su kalorisizdir. Bu da uşağınızın gec həzm olunan yeməklərə olan tələbatını azaltır.
 
Suyu az qəbul edən uşaqlarda əsasən beyin funksiyalarının zəifləməsi, qəbzlik və yorğunluq kimi sağlamlıq problemlərinə rast gəlinir. Sadə su rəngsiz olduğu üçün uşaqlarınız içmək istəməyə bilər. Buna görə də suya şəkər tozu və kalori əlavə etmədən maraqlı etmək üçün meyvələri kəsib suya əlavə edin. Bundan əlavə suyu içdikdən sonra meyvələrinidə yeyə bilər. Həmin qarışımları ikili halda da eləmək mümkündür. 

Süd 

 

Uşaqlar şokoladlı,çiyələkli və şəkəri bol süd çeşidlərini sevir, lakin sadə süd sadaladıqlarımızdan  daha faydalıdır. Süd yüksək miqdarda qidalandırıcı, inkişaf edici xassələrə malikdir. Xüsusən sümüklərin və zehni qabiliyyətin inkişafında böyük rol oynayır.
 
Südü çox içən uşaqlarda toxluq yaranır və onlar əlavə yemək istəmirlər. Buna görə də səhərlər 1 fincan süd içmələri faydalıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.