İranla saziş ABŞ və SSRİ arasında razılaşma kimidir. ABŞ prezidenti Barak Obama açıqlama verib. "O razılaşmalar mükəmməl deyildi, onlar bütün təhlükələri aradan qaldırmadılar, amma onlar bizim dünyamızı daha təhlükəsiz etdilər. İranla yaxşı saziş buna gətirib çıxaracaq ", - deyə ABŞ lideri qeyd edib. Daha əvvəl Obama Tehranla razılaşmanı "tarixi" adlandırıb. Qeyd edək ki, İranın nüvə proqramı üzrə “altılıq” ölkələri ilə aparılan danışıqlarda razılıq əldə olunub. Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter” hesabında yazıb. Onun sözlərinə görə, razılıq əldə olunduğundan dərhal sənəd layihəsi üzərində işə başlayırlar. İranla "altılıq" ölkələri arasında razılığın ələd olunması Tehrana qarşı tətbiq edilən sanksiyaların ortadan qaldırılması deməkdir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.