banner
banner

İdman

Lam futboldan gedəcəyi tarixi açıqladı

Lam futboldan gedəcəyi tarixi açıqladı

"Bavariya"nın futbolçusu Filip Lam gələcək karyerası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu Almaniya mətbuatına açıqlamasında 2018-ci ildə karyerasını başa vuracağını açıqlayıb:

"Üç il daha yüksək səviyyədə futbol oynaya bilərəm. Ancaq özümü bundan artığına məcbur etmək istəmirəm. Gözəl hisslərlə futboldan getməyi planlaşdırıram. 2018-ci ildə mənim 34 yaşım olacaq. Böyük ehtimalla, həmin vaxt futbolla vidalaşacam".

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan 31 yaşlı futbolçu Braziliyada keçirilən dünya çempionatının qızıl medallarına yiyələndikdən sonra Almaniya yığmasındakı karyerasını başa vurduğunu açıqlayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.