banner
banner

İdman

"Reynaldonun olmaması işimizi asanlaşdırmadı"

"Reynaldonun olmaması işimizi asanlaşdırmadı"

"Meydanda bərabər oyun gedirdi. Matçın əvvəlində hər iki komanda ehtiyatlı oynayırdı. Həm "Qarabağ", həm də "İnter" rəqibinin səhv etməsini gözləyirdi ki, hesabı öz xeyrinə dəyişsin". 

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"in futbolçusu Elvin Məmmədov Premyer Liqanın 27-ci turunda bərabərə qaldıqları "Qarabağ"la oyundan (0:0) sonra deyib. 

Təcrübəli futbolçu oyunun ədalətli nəticəsinin heç-heçə olduğunu bildirib: "Qarabağ” çox yaxşı rəqibdir. Reynaldonun meydanda olmaması işimizi asanlaşdırmadı. Çünki “Qarabağ” təkcə Reynaldodan ibarət deyil. Bu oyunun ədalətli nəticəsi heç-heçə idi. Komandaların hər birinin yaxşı mübarizə aparmasının şahidi olduq".

E.Məmmədov bu oyundan sonra "Qarabağ"ın çempionluq şansının artdığını vurğulayıb: "Bu heç-heçədən sonra "Qarabağ"ın çempionluq şansı daha da artıb. Onlarla aramızdakı 9 xallıq fərqi dəyişə bilmədik. Bundan sonra ikinci yer və kubok uğrunda mübarizə aparacağıq ki, Avropa Liqasına vəsiqə qazanaq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.