banner
banner

İdman

Çiçarito "Qarabağ"la oyunu buraxa bilər

Çiçarito "Qarabağ"la oyunu buraxa bilər

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sevilya" tunirdəki növbəti üç görüşdə əsas futbolçularına istirahət verəcək.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, növbəti mərhələyə vəsdiqəni böyük ölçüdə təmin edən Əndəlüs təmsilçisi bütün diqqətini La Liqaya yönəltmək niyyətindədir.

Baş məşqçi Xulen Lopeteqinin sıx oyun qrafikinə görə xüsusən hücum xəttində dəyişiklik etmək istədiyi bildirilir. İspanlar artıq əsas heyət üzvünə çevrilən Çiçaritonun Avroliqanın qarşıdakı oyunlarında meydana çıxamayacağını yazıb.

Çiçarito ilk iki turda "Qarabağ" və APOEL-lə qarşılaşmada qol vurub.

Qeyd edək ki, "Sevilya" ilk üç turun hamısında qalib gələrək 9 xalla qrup lideridir. İspaniya klubu "Qarabağ"la noyabrın 28-də evdə qarşlaşacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.