banner
banner

Dünya

Alman pilot haqda yeni məlumatlar- İnternetdə görün nəyi axtarıb

Alman pilot haqda yeni məlumatlar-
Fransanın cənubunda sərnişin təyyarəsini yerə çırparaq 150 nəfərin həyatına son qoyan pilot haqda yeni məlumatlar əldə olunub.
Qəza anında təyyarəni idarə edən 27 yaşlı köməkçi pilot Andreas Lubits internet vasitəsilə intihar yöntəmləri haqda axtarış aparıb.
Hadisəni araşdıran prokuror Ralf Harenbruk verdiyi yazılı açıqlamada Lubitsin evindən götürülən bir planşetin üstündə araşdırma aparıldığını bildirib.
Lubits ona aid planşetlə intihar üsulları ilə yanaşı həmçinin təyyarənin pilot kabinasının qapısı haqda da məlumat toplayıb. 
Planşet vasitəsilə 16-23 mart tarixlərində aparılan axtarışları planşetin arxivindən əldə etmək mümkün olub.
Xatırladaq ki, Almaniyaya aid Airbus A320 tipli sərnişin təyyarəsi Barselona-Düseldorf xətti ilə hərəkət etdiyi zaman qəzaya uğramış və hadisə zamanı 144 sərnişindən və 6 ekipaj üzvündən xilas olan olmamışdı. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.