banner
banner

İdman

“Bakı-2015”də daha bir təyinat

“Bakı-2015”də daha bir təyinat

Bu gün “Bakı-2015” Birinci Avropa Oyunları Ceyms Hedleyin bağlanış mərasiminin bədii direktoru təyin edildiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Hedley peşəkar teatr və sirk sənətində, eləcə də iri həcmli tədbirlərin idarə olunmasında 25 illik təcrübəyə malikdir. O, Şimali Amerikada Mystère, La Nouba, "O", The Beatles LOVE, Ka, Iris and Zumanity daxil olmaqla bir sıra tamaşaların qurulmasında “Cirque du Soleils” şirkətinin baş bədii direktoru olub və “Qremmi” mükafatı, “Tonight Show”, “Live with Kelly and Michael”, “Ellen De Generes Show” və “Today Show” kimi proqramları hazırlayıb.

“Bakı-2015” Avropa Oyunlarının bağlanış mərasimi 50 ölkənin nümayəndə heyətinin üzvlərini, 6000-dən çox idmançını, eləcə də onların ailələrini, məşqçilərini, könüllüləri, tərəfdaşları və ümumilikdə, bütün ictimaiyyəti birləşdirən vida şousu olacaq.

Ceyms Hedley bu xüsusda deyib: “Bakı-2015” üçün bağlanış mərasimi tamaşasını təşkil etmək şərəf, eyni zamanda, bir məsuliyyətdir. Məqsədim Avropa Oyunlarına layiq olduğu möhtəşəm final səhnəsini bəxş etmək və mərasimə qatılanlar, həmçinin, dünyanın müxtəlif yerlərində izləyənlər üçün unudulmaz şou yaratmaqdır”.

Libbi Haylənd Ceyms Hedleyin yaradıcı əməkdaşı olacaq və “Bakı-2015” bağlanış mərasiminin yaradıcı direktoru qismində fəaliyyət göstərəcək. Libbi “Rio-2007” və “Qvadalaxara-2011” Panamerika Oyunları da daxil olmaqla, bir sıra tədbirlərin yaradıcı işlərinə rəhbərlik edib.

“Bakı-2015” Avropa Oyunlarının mərasimlər üzrə direktoru xanım Katerina Uqvu yeni təyinatla bağlı bunları deyib: “Ceyms və Libbi artıq Bakıda yaratdığımız güclü bədii komandanı tamamladılar. Onların yaradıcı gücü “Five Current prodakşn”ın təcrübəsi ilə birləşərək, Avropa Oyunlarının bağlanışı üçün layiqli mərasim ərsəyə gətirəcək”.

Skot Givensin rəhbərlik etdiyi “Five Currents” aparıcı şirkəti “Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilatçısıdır. Şirkət “Soçi-2014” Qış Olimpiya, “Rio-2007” və “Qvadalaxara-2011” Panamerika Oyunlarının açılış və bağlanış mərasimlərini, “Cinco de Mayo”nun 15 illik yubileyini və Rio de Janeyroda “Reveillon Copacabana” Yeni il tamaşası da daxil olmaqla, bir çox tədbirləri təşkil edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.