banner
banner

İdman

"Azərbaycanda işləyə bilərəm" - Qattuzo

"Azərbaycanda işləyə bilərəm" - Qattuzo

İtaliya millisinin sabiq futbolçusu Cennaro Qattuzo ölkəsinin mətbuatına maraqlı açıqlama verib.

Qol.Az-ın məlumatına görə, hazırda Yunanıstanın OFİ klubunu çalışdıran gənc mütəxəssis gələcək məşqçi karyerasından danışarkən deyib ki, Azərbaycanda da işləyə bilər:

"Futbol tək İtaliyada deyil. Mən digər mədəniyyətləri də tanımaq istərdim. Məsələn, Azərbaycanda işləyə bilərəm. Şotlandiyada futbolçu kimi oynayanda 18 yaşım var idi. Məni heç nə qorxutmur. Bir il sonra başqa yerdə işləyə bilərəm".

Qeyd edək ki, "Milan"ın canlı əfsanəsi daha əvvəl İsveçrənin "Syon" və İtaliyanın "Palermo" klublarını çalışıdırb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.