Malidə insan ölümü ilə nəticələnən partlayış hadisəsi qeydə alınıb. Malinin paytaxtı Mamakoda hava limanı yaxınllığındakı binalardan birində partlayış baş verib. Bu barədə “Reuters” xəbər yayıb. Xəbərdə bildirilir ki, binalardan birində yaşanan partlayış hadisəsi zamanı bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb. Partlayışın səbəbi hələlik məlum deyil. Əvvəlcə hadisənin qaz sızması nəticəsində yarandığı iddia edilsə də, daha sonra bomba partlayışı olması barədə fərziyyə irəli sürülüb. Qeyd edək ki, heç bir qruplaşma hələlik partlayışı öz üzərinə götürməyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.