banner
banner

Dünya

Rusiyadan BMT-yə çağırış

Rusiyadan BMT-yə çağırış

Rusiya Yəməndəki humanitar vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasa çağırıb.

ANS PRESS-in məlumaıtna görə, bu barədə Rusiyanın BMT yanında daimi nümayəndəliyinin sözçüsü Aleksey Zaytsev bəyan edib.

"Rusiya koalisiyanın Yəməndə həyata keçirdiyi havadan zərbələrdə "humanitar fasilə"nin müntəzəm və ya mütləq riayət olunmasının müəyyən edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasını danışıqlara çağırır", – deyə A.Zaytsev bildirib.

Müşavirənin bu gün gündüz saatlaında baş tutacağı qeyd edilir. Bundan başqa, o, Rusiyanı burada BMT yanında daimi nümayəndəliyinin köməkçisi Vladimir Safronkovun təmsil edəcəyini deyib.

Qeyd edək ki, bir həftədir Yəməndə davam edən hərbi əməliyyatlar nəticəsində hökumətə bağlı qüvvələr koalisiyyanın dəstəyi ilə husilərin nəzarət altına aldığı bir sıra yerləri geri qaytarıblar.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.