banner
banner

Dünya

İsrailin varlığı təhlükədədir

İsrailin varlığı təhlükədədir

İranla nüvə proqramına dair istənilən razılaşma İsrailin mövcudolma hüququnu əlindən almamalıdır.

ANS PRESS-in məlumatına görə, İranla razılaşmaya qarşı çıxan yeganə ölkə İsrailin baş naziri Benyamin Netanyahunun Lozanna danışıqlarına reaksiyası bu cür olub.

Netanyahu qeyd edib ki, hazırkı razılaşma sənədləri Yaxın Şərqdə nüvə silahının yayılma riskini artırır və dəhşətli müharibənin başlamasına zəmin yaradır.

“Hökumət qəti şəkildə razılaşmanı rədd edir. Bu razılaşma İsrailin varlığını təhlükəyə qarşısında qoyur. İran heç bir nüvə müəssisini bağlamayacaq, sentrifuqaları məhv etməyəcək və uranın zənginləşdirilməsinə də son qoymayacaq. Əksinə, razılaşma İranın bu istiqamətdə fəaliyyətini qanuniləşdirir. Bütün bunlar isə, İranın regionda terror fəaliyyəti gücləndiyi bir vaxtda baş verir. İsrail onu məhv edəcəyinə and içən ölkə ilə heç bir razılaşmanı qəbul etməyəcək”

Bir qədər əvvəl Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama bildirmişdi ki, İranla əldə olunan razılaşma İranın nüvə bombası hazırlamasına imkan verməyəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.