banner
banner

Dünya

Daha bir ölkədə ara qarışdı

Daha bir ölkədə ara qarışdı

Braziliyanın Rio-de-Janeyro şəhərində yerli sakinlərlə polis arasında toqquşmalar olub. 
Sakinlər gecəqondu məhəlləsində əməliyyat zamanı polis tərəfindən 10 yaşlı oğlanın öldürülməsinə qarşı etiraz aksiyası keçiriblər. Etirazçılar polisi daşa basıb, onlara şüşə qablar atıblar. Polis əməkdaşları isə gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. 
Rio-de-Janeyro polisi oğlanın qətli ilə bağlı araşdırma aparıldığını desə də, bu, etirazçıları razı salmayıb. 
Bu, polisin gecəqondu məhəllələrində narkotik alverinə qarşı əməliyyatları zamanı ilk ölüm halı deyil.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.