"Ötən gün axşam saatlarında Luqanskda güc strukturları ilə silahlı birləşmələr arasında qarşıdurma baş verib". Bu barədə ATO-nun (antiterror əməliyyatları) mətbuata açıqlamasında qeyd edilib. Son məlumatlara görə, ATO-nun əməliyyatlarından sonra qarşı tərəf geri çəkilməyə məcbur olub. Bundan başqa, mətbuat mərkəzindən verilən məlumata görə, Luqansk vilayətinin Nijni qəsəbəsi yaxınlığında Ukrayna ordusunun mövqeləri atəşə məruz qalıb. Donetskdə də atəşkəs rejimi pozulub. ATO-nun yaydığı məlumatda qeyd edilir ki, qarşı tərəfin təxribatlarına baxmayaraq antiterror əməliyyatları qüvvələri öz mövqelərində qalıb və təxribatlara uymayıb. Ukraynalı hərbçilər sülhə və əldə edilən sazişlərin yerinə yetirilməsinə səy göstərirlər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.