banner
banner

Dünya

Obamanın ən böyük səhvi

Obamanın ən böyük səhvi

"ABŞ-ın yürütdüyü siyasət Rusiyanın Çinlə yaxınlaşmasına səbəb olur. Bu isə ABŞ-ın maraqlarına çox ciddi təsir edir".
Bu barədə Temple universitetinin əməkdaşı Ceyms Braun The Diplomat jurnalına dərc edilən məqaləsində yazır.
Politoloq hesab edir ki, Obamanın hazırda yürütdüyü siyasət ABŞ-ın uzunmüddətli strateji maraqlarına qarşı yönəlib. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların və ABŞ-ın Ukraynanın silahlandıracağı ilə bağlı etdiyi hədələr rəsmi Moskvaanın Çin ilə sıx əlaqələr qurmasına səbəb oldu. Bir növ bu iki ölkə bir məqsəd uğrunda birləşdi.

Politoloq qeyd edir ki, Rusiya və Çinin iqtisadi, siyasi və hərbi sahədə sıx əməkdaşlığı ABŞ-a Asiya-Sakit okeanı regionunda çox ciddi problemlər yaradacaq. Ceyms Braun Obamanın hazırki siyasətini onun ən böyük səhvi kimi qiymətləndirib.(Anspress)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.