Avstraliyanın siyasi xadimi, deputat Metyu Qardiner Yaxın Şərqdən qayıdarkən hava limanında həbs edilib. Bazar günü - aprelin 5-də saxlanılan keçmiş deputat İŞİD terror qruplaşmasına qarşı döyüşlərdə iştirak etməkdə ittiham olunur. Bildirilir ki, o, Avstraliyanın müxalif Leyborist partiyasının şimal bölgəsinin prezidenti olub. Amma 2015-ci ilin əvvəlində İŞİD-ə qarşı döyüşən kürd silahlılarına qoşulmaq üçün ölkəni tərk edib. Bu məlum olan da isə onu partiyadakı vəzifəsindən azad ediblər.
Qeyd edək ki, Avstraliya ABŞ-ın başçılıq etdiyi İŞİD-ə qarşı koalisiyanın üzvüdür. Ölkənin xüsusi xidmət orqanlarının məlumatına görə, ən az 90 avstraliyalı İŞİD-in tərkibində döyüşür.(anspress)
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.