banner
banner

İdman

Messidən məğlubiyyət şərhi - "Ayıbdır"

Messidən məğlubiyyət şərhi - "Ayıbdır"

“Əla çıxış etdik. 80 dəqiqə oyuna nəzarət edən tərəf olduq. Ancaq nəticəni matçın əvvəlində həll etməli idik”.

Qol.az xəbər verir ki, bu sözləri “Barselona”nın kapitanı Lionel Messi İspaniya superkubokunun yarımfinalında “Atletiko”ya uduzduqları oyundan (2:3) sonra deyib.

Argentinalı hücumçu “Mundo Deportivo”ya açıqlamasında hesabda irəli olduqları halda uduzmağın çox üzücü olduğunu bildirib: “Belə uduzmaq ayıbdır. Çox üzücü məğlubiyyətdir. Döyüşmək və finala çıxmaq istədik. Ancaq uşaq səhvlərindən iki qol buraxdıq.

Uduzanda tənqid edilmək normaldır. İrəli getmək üçün kifayət qədər gücü olan komandayıq”.

Xatırladaq ki, “Barselona” oyunun gedişanında 2:1 öndə olsa da, “Atletiko” 81 və 86-cı dəqiqədə vurduğu qollarla qələbə qazanaraq finala yüksəlib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.