Əksər vaxtlarda ağız bölgəsində hətta dodaq üzərində içi maye dolu halda meydana çıxan uçuqlar bir müddət sonra partlayaraq dodaqda yara əmələ gətirir. Adamı bir çox baxımdan narahat edən bu uçuqlar danışmağı, gülməyi, hətta yemək yeməyə də təsir edir. Görünüş baxımından da çox cansıxıcı bir vəziyyətdir.Cia.az uçuğun yaranma səbəbini təqdim edir.
Bəzi adamlarda uçuq heç çıxmazkən bəzilərində isə uçuq çıxması tez-tez təkrarlanan bir haldır. Uçuqlar el arasında deyildiyi kimi qorxudan yaranan bir vəziyyət deyildir. Uçuqlara səbəb olan ən önəmli faktor viruslardır. Uçuqlar çox vaxt soyuqlayanda, stress halında meydana çıxar. Bu halın səbəbi isə uşaqkən vücudunuza yoluxmuş olan uçuq virusunun bu kimi xəbərdarlıqlarla ortaya çıxmasıdır.
Uçuq virusundan tamamilə canınızı qurtara bilməzsiniz. Amma nizamlı olaraq baxımınıza diqqət edərkən bu halı ən az səviyyəyə endirə bilərsiniz. Uçuqlar yoluxucu olduğu üçün xüsusilə tüpürcək və yaxın təmas yolu ilə keçə bilir. Qarşı tərəfdəki adamda uçuq olmasa belə, uçuq virusu daşıya bilər. Bu da irəliliyən zamanlarda sizin daim uçuq problemi yaşamanıza səbəb olacaqdır. Buna görə kiçik uşaqlar öpülməməlidir, lazım gəlmədikcə yaxın təmas qurulmamalıdır.
Uçuq niyə olur?
Vücudun zəif anında yuxudan oyanan uçuğa təsir edən hallar: adət dövrü, ağır diabet, əməliyyat olmaq, həddən çox spirtli içki içmək, həddən çox A vitaminin qəbulu, infeksiyalar, Günəş altında çox qalmaq, hamiləlik, hormonal dəyişmələr, qan azlığı, stress, yuxusuzluq, virusun təsir etdiyi (uçuq çıxan) hissənin yaralanması, vücud müqavimətini azaldan qızdırmalı xəstəliklər, yaxşı qidalanmamaq, yorğunluq, yüksək hərarət, QİÇS (AİDS), ekzema, ciddi yanıqlar, orqan köçürülməsi müalicəsindəki dərmanlar uçuq yaranmasına səbəb ola bilər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.