banner
banner

İdman

Azərbaycan millisinin hücumçusu: "ABŞ-da oynamağı çox istəyirdim"

Azərbaycan millisinin hücumçusu:

"Bu klubda oynamaq mənim üçün xəyal idi və bu reallaşır. 2014-cü ildə Azərbaycan millisi ilə ABŞ yığmasına qarşı oynadığım vaxtdan bəri ölkədə futbolu yaxından izlədim və çox böyük inkişaf gördüm. Burada çıxış etməyi çox istəyirdim".

"Report"un məlumatına görə, bu fikirləri ABŞ-ın II Liqa təmsilçisi "Feniks Rizinq"ə keçən Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov klubun rəsmi saytına açıqlamasında deyib.

29 yaşlı hücumçu komandanın baş məşqçisi Rick Schantzla danışdıqdan sonra bu komandada oynamağa qərar verdiyini vurğulayıb: "Komanda yoldaşlarımla, azarkeşlərlə görüşmək və komandanın oyun qazanmasına kömək etməyi səbrsizliklə gözləyirəm".

Qeyd edək ki, Rüfət Dadaşov "Feniks Rizinq"ə Almaniyanın "Pröyssen Munster" klubundan keçib. Klublar transfer şərtlərini açıqlamamağa dair razılığa gəliblər. 29 yaşlı forvard 2013-cü ildən Azərbaycan yığmasının şərəfini qoruyur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.