Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilib. Cia.az-ın məlumatına görə, AZAL "Qəbələ"ni qəbul edib. Son vaxtlar baxımlı oyun nümayiş etdirən qəbələlilər bu dəfə də qələbə qazanıblar 0:4. Lider "Qarabağ" isə autsayder "Bakı"nı qəbul edib. Komandalar oyundan sülhlə ayrılıblar - 1:1. "Simurq" isə doğma meydanda "Neftçi" ilə qarşılaşıb. 72-ci dəqiqədə azlıqda qalan bakılılar qarşılaşmanın 81-ci dəqiqəsində Nikolas Kanalesin qolu ilə sevinib. "İnter" - "Xəzər Lənkəran" oyununda isə "bankirlər" 2 cavabsız qollara seviniblər.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.