Venesuelanın şimalında plantasiyada baş vermiş yanğın nəticəsində 12 nəfər həlak olub, 13 nəfər yaralanıb.
Bu barədə “Pitazo” portalı məlumat yayıb.
Yanğın cümə axşamı Araqua ştatındakı şəkər qamışı plantasiyasında baş verib. Yaralılar arasında olan 3 uşağın vəziyyəti ağırdır.
Hadisə yerində Mülki Müdafiə Komissiyasının əməkdaşları və yanğınsöndürmə briqadaları işləyir.


