Rusiyadan Tailanda gedən “Nordwind Airlines” şirkətinə məxsus təyyarə lazım olan səmtə uçmayıb.
TASS-ın xəbərinə görə, hadisə Ufa-Piket reysində baş verib.
Xəbərdə bildirilir ki, təyyarə Tailandın Puket adasına uçmaq üçün havaya qalxıb. Sonra pilot təyyarənin Moskva şəhərində yerləşən “Şeremetyevo” hava limanına enəcəyi barədə xəbərdarlıq edib.
Təyyarənin başqa limana təcili eniş etməsinə texniki problemlərin səbəb olduğu bildirilib. (oxu.az)
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.