Türkiyə Elektrik Paylama Şirkətinin Baş direktoru Kamal Yıldır istefa verib. Cia.az-ın məlumatına görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Nazir söyləyib ki, martın 31-də Türkiyədə baş verən elektrik kəsintisi ilə bağlı aparılan araşdırma mikrosaniyələr içində 5 enerji paylama sisteminin dövrə xaricində qaldığı müəyyənləşib. “Şərqdən Qərbə gələn xətlərin yükü sıxlaşıb. Bu texniki bir qəza olmaqla yanaşı, həm də əməliyyat səhvi kimi qiymətləndirilir. Sistem özünü qorumaq istəyərkən bu hadisə baş verib. Türkiyə Elektrik Paylama Şirkətinin Baş direktoru tutduğu vəzifədən istefa verdi. Bəzi digər səlahiyyətli şəxslərin rolu da araşdırılır”-deyə Taner Yıldız bildirib.
Türkiyədə martın 31-də yerli vaxtla saat 10:36-dan etibarən Ankara və İstanbul kimi böyük şəhərlər də daxil olmaqla, bütün ölkədə elektrik enerjisinin nəqli dayanmışdı. Elektrik enerjisi kəsintisi yalnız enerjini İrandan alan Van vilayətində qeydə alınmamışdı.
Keçən ayın sonu baş verən kəsinti səbəbindən Ankara və İstanbulda metrostansiyalarda və dəmiyollarında qatarların və tramvayların hərəkəti də dayanıb. İstanbulun Taksim Meydanı ərazisində metro stansiyasına giriş bağlanıb. Bu bayırda qalan insanların narazılığına da səbəb oldu.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.