banner
banner

İdman

"Qəbələ" - "Neftçi" matçını FIFA referisi idarə edəcək

"Qəbələ" - "Neftçi" matçını FIFA referisi idarə edəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. 

"Report"un məlumatına görə, turun mərkəzi matçı hesab olunan "Qəbələ" - "Neftçi" duelini FIFA referisi Əliyar Ağayev idarə edəcək. 

“Qarabağ” – “Sumqayıt” oyunu isə Vüqar Həsənliyə tapşırılıb. 

Azərbaycan Premyer Liqası, XVIII tur

22 fevral (şənbə)

15:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

 

17:00. “Keşlə” – “Zirə”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASK Arena”, 17:00

23 fevral (bazar)

16:00. “Sabah” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“Bank Respublika Arena”

 

18:00. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Tofiq Bəhramov adına Respublika Stadionu

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.