banner
banner

İdman

"Neymar Peleni geridə qoya bilər" - Romario

"Neymar Peleni geridə qoya bilər"

Braziliya millisinin sabiq hücumçusu Romario komandanın hazırkı futbolçusu Neymar haqda xoş sözlər deyib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Romario Neymarın yaxın gələcəkdə Peleni geridə qoyacağına inandığını bildirib:

"Neymar gənc olmasına baxmayaraq, onun dünya futbolu və Braziliya üçün nə qədər önəmli olduğunu yaxşı bilir. O, Braziliya xalqının tarix yazacağına inandığı bir futbolçudur.

Braziliyanın bir sıra çox qol vuran futbolçuları olub. Lakin onlar Braziliya yığmasında bunu edə bilməyiblər. Son mundial Neymar üçün də uğurlu alınmadı. Amma hələ vaxt var. Onun cəmi 22 yaşı var və yaxın gələcəkdə vuracağı qollarla Peleni geridə qoya bilər".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.