Türkiyə millisinin sabiq futbolçusu və hazırda millət vəkili Hakan Şükür yenidən deputatlığa namizədliyini verib. Gülən-Ərdoğan qalmaqalında birincini müdafiə edib hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən "Kral" ləqəbi ilə tanınan sabiq futbolçu bu dəfə müstəqil namizəd olacaq. Lazımi sənədləri seçki komissiyasına təqdim edən Hakan Şükür "Twitter"də Istanbulun 3-cü bölgəsindən müstəqil namizəd olacağını açıqlayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.