Rusiya Federasiyasının Krasnodar vilayətində tikintidə çalışan beş erməni ölüb. Qəzaya səbəb qaldırıcı kranın tikilməkdə olan binanın üstünə düşməsi olub. Ermənistan vətəndaşları sözügedən binada olublar. Ölənlərdən üç nəfəri Cermuk şəhərindən daha iki nəfər isə Razdan və Nor Xarberd kəndindəndir.
Nor Xarberd kəndinin başçısı Kamo Kakoyanın sözlərinə görə, qaldırıcı kran tikilən binaya düşüb və o uçub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.