İranın Gilan əyalətinin Lahican şəhər xəstəxanasında koronavirusa yoluxduğu güman edilən tibb bacısı ölüb.
“Report” İranın ILNA xəbər agentliyinə istinadən xəbər verir ki, Nərgiz Xanəlizadənin 25 yaşında olduğu və 4 ildir xəstəxanada tibb bacısı işləyədiyi qeyd olunub.
Onun koronavirus infeksiyasından öldüyü bildirilsə də, testin nəticəsi hələlik dəqiq məlum deyil.
Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirus infeksiyasından ölənlərin sayının 15, yoluxanların sayının isə 95 nəfər olduğunu açıqlayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.