Suriyada Türkiyənin dəstəklədiyi müxalifət və Rusiyanın dəstəklədiyi Bəşşar Əsədə sadiq qüvvələr arasında şiddətli döyüşlər davam edir.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, müxalif qüvvələr İdlib bölgəsinin Serakib şəhərini hökumət qüvvələrindən geri alıblar.
Məlumata görə, nəticədə strateji önəm daşıyan M5 yolu yenidən kəsilib.
Bundan başqa, Rusiyanın ağır bombardımanı altında Neyrab kəndini yenidən ələ keçirmək üçün rejim qüvvələri istəklərinə çata bilməyib. Ötən gün axşam Neyrabı nəzarətə alan müxaliflər rejim qüvvələrinin 50 üzvünü zərərsizləşdirib.
Xatırladaq ki, fevralın 6-da Əsəd ordusu Rusiya və İrana bağlı qüvvələrin dəstəyi ilə Serakib şəhərini ələ keçirmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.