Fransa Liqa 1-də çempionluq mübarizəsi aparan “Marsel” və PSJ komandaları arasında qarşılaşma da qalmaqalsız ötüşməyib. Turnir cədvəlində 2-3-cü yerləri bölüşən komandaların oyunundan əvvəl parislilərin avtobusuna basqın olub. Paytaxt təmsilçisi “Veledrom” arenasına hərəkət edərkən marselli fanatlar yolda qolf topu ilə avtobusun şüşəsini qırıblar. Hadisə arenaya 800 metrə yaxınlıqda baş verib. Ancaq hadisə zamanı heç bir futbolçu xəsarət almayıb.
Qeyd edək ki, “Marsel” doğma meydanda PSJ 2-3 hesabı ilə məğlub olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.