banner
banner

İdman

Cüdoçumuz Polşada medal qazandı- VİDEO

Cüdoçumuz Polşada medal qazandı- VİDEO

Polşanın paytaxtı Varşavada kişi və qadın cüdoçular arasında Açıq Avropa turniri start götürüb.

"Report"un məlumatına görə, yarışda Azərbaycanı 11 kişi və 7 qadın tatami ustası təmsil edir. İlk yarış günündə yalnız Yaşar Nəcəfov fəxri kürsüyə yüksəlməyi bacarıb. 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı bürünc medal qazanıb.

Nəcəfov ardıcıl olaraq, macarıstanlı Çaba Sabo və fransalı Rişar Verqneni mübarizədən kənarlaşdırsa da, 1/4 finalda monqolustanlı Sumiyabazar Enxtayvana uduzub. Təsəlliverici görüşdə o, italiyalı Andrea Karlinonu, 3-cü yer uğrunda qarşılaşmada isə ispaniyalı Xusto Nunyes Rodrigesi yenməyi bacarıb.

Qeyd edək ki, Açıq Avropa turnirinə martın 1-də yekun vurulacaq. 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.