banner
banner

Dünya

Rusiyada kosmodromun rəhbəri həbs edildi

Rusiyada kosmodromun rəhbəri həbs edildi

 Rusiyanın hakimiyyət orqanları Uzaq Şərqdəki kosmodromda start meydançası tikən 26 işçinin maaşlarının iki ay müddətində verilməməsinə görə “Vostoçnı” bazasının direktoru Sergei Terenyevi həbs edib. CİA.Az-ın Azadlıq radiosuna istinadən xəbər verir ki, maaş ala bilməyən fəhlələr aclıq aksiyası keçiriblər, 100 fəhlə isə tətil elan edib. Hazırda layihəyə birbaşa baş nazirin müavini Dmitriy Rogozin nəzarət edir.

D.Rogozin fəhlələrə bütün tələblərin yerinə yetiriləcəyini söz verdikdən sonra tətil dayandırılıb.

Amur rayonunda inşa edilməkdə olan kosmodromun tikintisi qrafikdən 4 ay geridə qalır. Rusiya hökuməti bu kosmodromdan ilk raketi 2015-ci ilin dekabrında buraxmağı planlaşdırırdı. Bu kosmodromdan ilk kosmonavtlı start isə 2018-ci ildə verilməlidir.

Rusiya İstintaq Komitəsi Terentyevi maliyyə mənimsəmələrində şübhəli qismində saxlayıb. “Dalspetsstroy” layihəsini həyata keçirən agentliyin menecmenti də şübhəlilərin arasındadır. Komitə 282 milyon dolların hara yoxa çıxdığını araşdırır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.