banner
banner

Dünya

Nyu York meri: Koronavirusla bağlı vəziyyət minimum yarım il sürə bilər

Nyu York meri:

Nyu York şəhərinin meri Bill de Blazio ABŞ-da koronavirusla bağlı böhranın minimum yarım il sürə biləcəyini düşündüyünü deyib. O, şəhər hakimiyyət orqanlarının insanların hərəkətinin məhdudlaşdırılması və ictimai iaşə müəssisələrinin bağlanması ilə bağlı hər hansı bir qərarın qəbul edilməsi imkanlarını nəzərdən keçirdiyini, lakin məktəblərin bağlanmaması üçün əllərindən gələni etməyə çalışacaqlarını deyib.

"Gəlin özümüz üçün aydınlaşdıraq: bu, ən azı altı ay bizimlə qalacaq bir böhrandır. Tariximizdə heç vaxt bu kimi bir şey görməmişik" – deyə, Blazio CNN tele kanalına müsahibəsində bildib.

"Vəziyyət hər saatda dəyişir və biz daim yeni qərarlar qəbul etməliyik" - Amerikanın ən sıx məskunlaşmış şəhərlərindən birinin başçısı əlavə edib.

Bill de Blazio Nyu Yorkda bazar ertəsi günündən bazar gününə qədər virusa yoluxanların sayının 25-dən 269 nəfərə çatdığını bildirib. O, yaxın həftələrdə bu rəqəmin 1000-ə çatacağını ehtimal etdiyini deyib.

Mer onun özü və Nyu York ştatının qubernatoru Endrü Kuomonun 500-dən çox adamın toplaşdığı tədbirlərin keçirilməsini qadağan etdiklərini xatırladıb.

Şəhərə giriş və çıxışın qadağan edilməsi və ya bar və restoranların bağlanmasının mümkünlüyü ilə bağlı suala Nyu York meri cavab verib ki, “bütün variantlar nəzərdən keçirilir”.

Bill de Blazio eyni zamanda, ölkədə görülən tədbirlərin situasiyanın inkişafından geri qaldığını bildirib. O deyib ki, hələ yanvar ayında federal orqanlardan virusla bağlı yerlərdə test keçirilməsinə kömək üçün müraciət edib, lakin bu imkan yalnız iki həftə əvvəl əldə edilib. (amerikaninsesi.org)

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.