banner
banner

Dünya

İranda dustaqlar evə buraxılır

İranda dustaqlar evə buraxılır

Yeni koronavirusun yayıldığı İranda 85 minədək dustaq müvəqqəti olaraq həbsdən buraxılıb.

“Report” “Mirror”a istinadən xəbər verir ki, bu barədə bildirən Ali Məhkəmə sözçüsü Qulamhüseyn İsmayıli həmin şəxslərdən yarısının təhlükəsizliklə bağlı maddələrlə məhkum olunduğunu deyib.

O bildirib ki, biz infeksiyaya qarşı həbs yerlərində ehtiyat tədbirləri görürük.

Q.İsmayıli həmin dustaqların nə vaxt geri qaytarılacağını dəqiqləşdirməyib.

Qeyd edək ki, martın 10-da BMT-nin İranla bağlı xüsusi insan hüquqları məruzəçisi Cavad Rəhman İran hökumətindən virusun yayıldığı həbs yerlərindən bütün siyasi dustaqları müvəqqəti azad etmələrini istədiyini açıqlayıb.

Ötən gün İranda yeni koronavirusdan daha 129 nəfər dünyasını dəyişib ki, bu da gün ərzində ən böyük itkilərdən biridir. Bütövlükdə, COVİD-19 virusuna 14 991 nəfərin yoluxduğu ölkədə indiyədək 853 nəfər ölüb, 4 996 nəfər isə sağalıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.