banner
banner

İdman

Ronalda ən yaxşı oldu

Ronalda ən yaxşı oldu

"Real Madrid" klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo İspaniya çempionatında ötən mövsümün "ən yaxşı hücumçu"su seçilib.

ANS PRESS-in məlumatına görə, portuqaliyalı ulduz həmçinin, "ən yaxşı qolun müəllifi" nominasiyasında da qalib gəlib.

Çempionatın "ən yaxşı qapıçı"sı isə bu il "Levante"dən "Real"a transfer olan Keylor Navas olub. Serxio Ramos "ən yaxşı müdafiəçi", Luka Modriç isə "ən yaxşı yarımmüdafiəçi" seçilib.

"Barselona"nın ispan yarımmüdafiəçisi Andres İnesta isə mövsümün "ən yaxşı hücüm edən yarımmüdafiəçi"si adına layiq görülüb. Rafinya isə "mövsümün sıçrayışı" mükafatınını qazanıb.

"Ən yaxşı afrikalı futbolçu" naminasiyasında "Qranada"nın Əlcəzirdən olan yarımmüdafiəçisi Yasin Braximi qalib olub. "Sevilyanın" kolumbiyalı hücumçusu Karlos Bakka isə "ən yaxşı Cənubi Amerika futbolçusu" adına layiq görülüb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.