53 yaşlı türkiyəli müğənni Demet Sağıroğlu da koronavirusa yoluxub.
Uzun illərdir ki, Nyu-Yorkda yaşayan müğənni bu barədə öz “İnstagram” səhifəsində məlumat paylaşıb.
Müğənni paylaşımında qeyd edib: “10 gündür xəstəyəm. Ətrafımda olan çoxlu sayda insanın koronavirus testi pozitiv çıxıb. Mən də virusun bütün simptomlarını, qızdırmadan başqa bütün əlamətlərini keçirdim. Testdən keçməmişəm və ehtimal edirəm ki, 4-5 gün ağrı keçirdikdən sonra sağalacam. Bir qədər halsızam. Yaxınlarımı qorxutmamaq üçün bu barədə onlara heç nə deməmişəm. Göstərdiyi diqqət və sevgiyə görə hər kəsə təşəkkür edirəm”.
Müğənni hazırda Nyu-Yorkda vəziyyətin çox ağır olduğunu və özünün də bu virusa yoluxduğunu ehtimal etdiyini deyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.