Çindən ilginc qərar – dəmiryollarını Avropa üçün açdı, Uhandan ilk qatar Almaniyaya yola düşdü
Dünyanın bəlasına çevrilən koronavirusun ilk olaraq ortaya çıxdığı Çinin Uhan şəhərində həyat öz axarına düşməyə başlayıb. Belə ki, şəhərdə karantin rejimi ləğv edilib, insanların hərəkətinə, bölgəyə gediş-gəlişə qoyulan qadağalar aradan qaldırılıb.
Həmçinin Çin hökuməti dəmiryollarını Avropa üçün açıb. Beləliklə Uhandan Avropaya gedən yükdaşıyan dəmiryol marşrutları bu gündən etibarən yenidən fəaliyyətə başlayıb. İlk səfər isə Almaniyanın Diusburq şəhərinə olacaq. Artıq 50 vaqon yük daşıyan qatar Diusburq şəhərinə yola çıxıb. Tibbi avadanlıqlar və müxtəlif gündəlik ehtiyaclar olan yük qatarı 15 günə Almaniyaya çatacaq.
Qeyd edək ki, Çinin ən böyük sənaye şəhərlərindən biri olan Uhan şəhərində tibbi avadanlıqlarla bərabər, avtomobil ehtiyat hissələri, elektron qurğular və telekommunikasiya məhsulları da istehsal olunur. Bu məhsullar ilk növbədə Almaniyaya, daha sonra isə Fransa, Macarıstan, Çexiya və Polşaya göndərilir.
Almaniyanın Köln şəhərində yaşayan və koronavirus müalicəsindən sonra sağalan Ahmet Arpacı virusa Çinin Uhan şəhərindən gətirilən sənaye ehtiyat hissələrindən yoluxduğunu açıqlamışdı.
Xatırladaq ki, həmçinin bu gündən etibarən Çinin Hubey əyalətinin mərkəzi olan Uhan şəhərinin metropoliten xidməti koronavirus epidemiyasının yayılması nəticəsində elan olunmuş iki aylıq fasilədən sonra öz fəaliyyətini bərpa edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.