banner
banner

Dünya

Karantindən sonra həyat: əhali həkimləri diz üstündə alqışladı – VİDEO

Karantindən sonra həyat:

Çinin Uhan şəhəri iki aylıq karantindən sonra adi həyata qayıdır.

"Gazeta.ru” xəbər verir ki, koronavirus pandemiyasının episentri olmuş 11 milyonluq meqapolis Çinin digər bölgələri ilə gediş-gəlişi bərpa edib.

Aylardır ki, infeksiya ilə mübarizə aparan həkimlər, nəhayət ki, öz doğma şəhərlərinə qayıtmaq imkanı əldə ediblər.

Sosial şəbəkələrdə şəhər sakinlərinin evlərinə qayıdan həkimləri necə yola saldıqlarını əks etdirən video paylaşılıb.

Kadrlarda insanların həkimləri diz üstündə alqışladığını görmək olar. (oxu.az)


 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.