Almaniyada ən yüksək instansiya məhkəməsi məktəb müəllimlərinə baş örtüyünü qadağan edən 2004-cü il tarixli qanunu ləğv edib. Məhkəmənin qərarında deyilir ki, hicab qadağası dini azadlıqların pozulmasıdır. Almaniyada bəzi ərazilərində müəllimlərin dövlət məktəblərində hicab geyinməsi qadağan edilmişdi və belə qadağanların qoyulmasına icazə verilmişdi. Lakin uzun sürən məhkəmə çəkişmələrindən sonra, 2015-ci ildə Almaniyanın Federal Konstitusiya Məhkəməsi qərara aldı ki, belə qadağanlar Almaniyanın əsas qanununa – Konstitusiyada nəzərdə tutulmuş dini azadlıqlara ziddir.
Bunu etməklə məhkəmə belə bir nəticəyə gəldi ki, dövlətin dinə münasibətdə neytrallığı dövlət məktəblərindəki müəllimlərin dini simvollardan istifadəsinin qadağanını zəruri etmir.
Hollandiya və İsveçrə kimi bir sıra başqa Avropa ölkələrində isə ictimai yerlərdə tam hicabın qadağanı debatlara çıxarılıb, lakin lazımi siyasi çoxluq əldə edilmədiyindən təkliflər indilik bir kənara qoyulub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.