banner
banner

Dünya

Trampla Putin telefonla danışdı: neft bazarı və koronavirus müzakirə olundu

Trampla Putin telefonla danışdı:

Bu gün ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub.
Musavat.com Kremlin mətbuat xidmətiə istinadən məlumat verir ki, danışıq uzunmüddətli olub, müzakirələr koronavirus pandemiyası və neft bazarındakı vəziyyət ətrafında aparılıb: “Amerika tərəfinin təşəbbüsü ilə prezident Vladimir Putinin ABŞ prezidentin Donald Trampla uzunmüddətli telefon danışığı baş tutub. Dövlət rəhbərləri koronavirusun dünyada yayılma miqyası barədə narahatlıqlarını bildirib, Rusiya və ABŞ-da bu təhlükəyə qarşı həyata keçirilən mübarizə barədə bir-birini məlumatlandırıblar. Həmçinin hər iki tərəfin bu istiqamətdə daha sıx qarşılıqlı fəaliyyəti imkanları müzakirə olunub”.
Prezidentlərin digər əsas müzakirə mövzusu dünya neft bazarındakı vəziyyət olub: “Energetika nazirləri xəttilə bu istiqamətdə Rusiya-ABŞ məsləhətləşmələrinin aparılması barədə razılığa gəlinib”.
Danışığın yekununda Putin və Tramp şəxsi təmasların davam etdirilməsi barədə də razılığa gəliblər.
Qeyd edək ki, neftin qiymətinin sürətlə düşməsi hazırda hasilatçı dövlətləri narahat edən başlıca problemlərdən biridir. Dünyanın ən iri neft hasilatçılarından olan ABŞ-la Rusiya arasında müzakirələrin aparılması zərurətə çevrilmişdi. Belə ki, bugünkü hərraclarda Rusiyanın Urals markalı nefti 16 dollara, ABŞ-ın WTI markalı nefti isə 20,2 dollara satılıb. Bu, hər iki ölkənin neft satışından hər hansı gəlir əldə etməməsi deməkdir. Buna görə də neftin bazar qiymətindəki sürətli ucuzlaşmanın dayandırılması hər iki ölkənin maraqlarına cavab verir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.